Consonun məktubu Makronu qəzəbləndirdi
Tarix: 27.11.2021 / 08:43 •
Oxundu: 105 dəfə •
Fransa və İngiltərə arasında miqrant gərginliyi getdikcə böyüyür.
İDEAL Media.az xəbər verir ki, Böyük Britaniya Baş naziri Boris Consonun Fransanı La-Manş boğazından keçən miqrantları geri almağa çağırmasından sonra Fransa daxili işlər naziri Cerald Darmanin britaniyalı həmkarı Priti Patel ilə görüşlərini dayandırıb.
Darmanin deyib ki, La-Manş boğazında 27 miqrantın ölümündən sonra siyasi gərginliyin artması fonunda ölkəsi Consonun məktubundan məyus olub.
“Məktubun ictimaiyyətə açıqlanması vəziyyəti daha da pisləşdirdi. Britaniya baş nazirinin açıq məktubunu qəbuledilməz və tərəfdaşlar arasında danışıqlara zidd hesab edirik. Beləliklə, Priti Patel artıq görüşə dəvət edilmir”.”, - nazir bildirib.
Ötən günlərdə La-Manş boğazında qayığın batması nəticəsində 17 kişi, yeddi qadın və üç uşaq, o cümlədən biri hamilə qadın boğularaq ölüb.
Olaydan sonra Conson Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı məktubda faciənin təkrarlanmaması üçün beş addım təklif edib. Fransa hökuməti baş nazirin məktubunu qəzəblə qarşılayıb.
Conson Makrona məktubunda atmaq istədiyi beş addımı onun diqqətinə çatdırıb:
“Daha çox qayığın Fransa sahillərindən çıxmasının qarşısını almaq üçün birgə patrul həyata keçirmək;
Sensorlar və radarlar kimi daha qabaqcıl texnologiyalardan istifadə etmək;
İki ölkə bir-birinin ərazi sularında patrul həyata keçirir və havadan müşahidələr aparır;
İki ölkənin kəşfiyyat orqanları arasında əməkdaşlığı;
Fransa ilə ikitərəfli anlaşmalar çərçivəsində dərhal işlərin başlanılmas, eləcə də Avropa Birliyi-Böyük Britaniya anlaşması üçün görüşlərin keçirilməsi”.