Bu gün:


Rus qazı kəsildi, ABŞ milyardlar qazanır

Tarix: 22.08.2022 / 09:49  •   Oxundu: 63 dəfə  •  

ABŞ sahibkarları qazın Avropaya satışından böyük gəlir əldə edirlər, bir çatdırılma 200 milyon dollara başa gələ bilər.
İDEAL Media.az xəbər verir ki, bu barədə "Blick" qəzeti məlumat yayıb.

Məlumata görə, Avropada Rusiya qazının kəskin çatışmazlığı var. Bu da qiymətlərin onqat artmasına səbəb olur. ABŞ da öz növbəsində Amerika qazını Avropa qitəsində satmaqla bundan böyük gəlir əldə edir:
“Amerikalılar özlərini xilaskar kimi təqdim etdilər. Bir il əvvəl cəmi 20% olan maye qazın Avropaya ixracı indi 60%-ə çatıb”.
Nəşr ABŞ-ın Avropaya ixracının altruizm olmadığını və Vaşinqtonun enerji şirkətlərinin hər göndərişdən 200 milyon dollara qədər mənfəət əldə etdiyini vurğulayıb. Qeyd olunub ki, Amerika təbii qazının əsas alıcıları Avropanın əsas oyunçularıdır.