Miqrant axını: Bolqarıstan fövqəladə vəziyyət elan etdi
Tarix: 25.09.2022 / 18:51 •
Oxundu: 65 dəfə •
Bolqarıstanın cənub-şərqində qeyri-qanuni miqrant axını ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
İDEAL Media.az xəbər verir ki, ilkin məlumatlara görə, bu gündən etibarən yerli sərhəd polisi, jandarma və meşə təsərrüfatının qüvvələri, həmçinin müvafiq rayonda yerləşən ordu hissələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
“Biz sərhədlərimizi qeyri-qanuni mühacirlərdən qorumaq üçün fəal hərəkətlərə keçirik”, - Bolqarıstan daxili işlər naziri İvan Demerciev bildirib.
Rəsmi məlumata görə, Bolqarıstan-Türkiyə və Bolqarıstan-Yunanıstan sərhədlərində ölkənin Burqas, Yambol və Haskovo bölgələrində müvafiq məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, Bolqarıstan hakimiyyəti son iki ay ərzində ölkənin cənub-şərqində ümumilikdə 2,5 mindən çox qeyri-qanuni miqrantın saxlanıldığı barədə məlumat verib.