"Putinin ölümündən sonra Rusiyanı feodal parçalanması gözləyir..."
Tarix: 28.10.2022 / 19:32 •
Oxundu: 143 dəfə •
"Kadırov və Priqojin Lapinə hücum etməklə onu təyin edib dəstəkləyənləri - Baş Qərargah rəisi Gerasimovu və müdafiə naziri Şoyqunu devirmək niyyətindədirlər... "
"Kadırov və Priqojin Şoyqu və Gerasimovun işdən çıxarılmasına nail olmaq üçün Rusiya Silahlı Qüvvələrinin general-polkovniki Lapini təhqir edirlər. Şəxsi orduların sahibləri Kadırov və Priqojin birlikdə Rusiya qəhrəmanı, RF Silahlı Qüvvələri Mərkəzi Hərbi Dairəsinin qoşunlarının komandanı general-polkovnik Lapinə qarşı kampaniyaya başlayıb".
"GORDON"a xəbər verir ki, bunu Ukrayna Müdafiə nazirinin sabiq müşaviri, Senzor.net nəşrinin baş redaktoru Yuri Butusov özünün "Facebok" səhifəsində yazıb.
"Rusiya bölgələrindən birinin rəhbəri Rusiya Silahlı Qüvvələrinin qruplaşma komandirindən qaldığı yer barədə məlumat verməsini tələb edir. O, birbaşa deyir ki, hərbi məğlubiyyətlər Lapinin ucbatından baş verib. Amma Rusiyanın Müdafiə Nazirliyi susur, çünki Kadırov Putinin ən güclü favoritidir, Kadırovçular Rusiyada elitadır, hərbçilər onlarla münaqişə etməkdən qorxurlar.
Rusiya hərbçilərinin bu ittihamlarının arxasında nə dayanır? Əslində, özəl orduların iki sahibi - Kadırov və Priqojin Lapinə hücum etməklə Lapini təyin edib dəstəkləyənləri - Baş Qərargah rəisi Gerasimovu və müdafiə naziri Şoyqunu devirmək niyyətindədirlər. 2017-ci ildə Şoyqu ilə Priqojin arasında münaqişə yaranmışdı. Priqojin Rusiya ordusunu ərzaqla təminatını idarər etməyə iddia edib, lakin Şoyqu onun bu biznesə girməsinə icazə verməyib".
Keçmiş müşavir Çeçenistan başçısı və "Vaqner" rəhbərinin Rusiyada hərbi rəhbərliyi ələ keçirməyə və bununla da orduda maliyyə və silahlara nəzarətə yiyələnməyə çalışdıqlarını da qeyd edib.
"Kadırov və Priqojin indi rus ordusunun məğlubiyyətlərini bəhanə edərək öz adamlarını hərbi rəhbərliyə yerləşdirməyə, öz müdafiə nazirlərini qoymağa və bununla da orduda öz təsirlərini artıraraq maliyyə və silahlara nəzarəti ələ keçirməyə hazırlaşırlar. Kadırov və Priqojin faktiki olaraq dövlətə paralel, şəxsən Putinə tabe olan güc strukturlarının rəhbərlərinə çevriliblər. Və Müdafiə Nazirliyi, Baş Qərargahla bu açıq konfliktlə bütün güc mərkəzlərinə rəsmi güc strukturlarından daha nüfuzlu olduqlarını göstərirlər...
Putinin ölümündən sonra Rusiyanı feodal parçalanması, çeçen və Vaqner səhra komandirlərinin hakimiyyəti gözləyir" -deyə Y.Butusov vurğulayıb.