Bu gün:


Koreyadan Ukraynaya hərbi dəstək: Gizli razılaşma

Tarix: 11.11.2022 / 10:05  •   Oxundu: 48 dəfə  •  

Cənubi Koreya Ukraynaya təhvil vermək üçün ilk dəfə ABŞ-a artilleriya mərmiləri satacaq.
Bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Məlumata görə, bu cür təchizatlar Vaşinqton və Seul arasında gizli razılaşmanın bir hissəsi olacaq:
“ABŞ Ukraynaya ötürmək üçün 100 minə yaxın artilleriya mərmisi almağı planlaşdırır. Müqavilənin bağlanma vaxtı açıqlanmır. Vaşinqtonun hesablamalarına görə, bu sayda mərmi Ukraynanın bir neçə həftə ərzində gərgin döyüşlər aparması üçün kifayət edəcək. Sursatların ABŞ vasitəsilə göndərilməsi Cənubi Koreyaya rəsmi olaraq Ukraynaya silah verməmək öhdəliyi çərçivəsində qalmağa imkan verəcək. Belə bir sövdələşmə ilə ABŞ özünün xərclərindən də yayına biləcək”, - məlumatda deyilib.