Finlandiya Rusiya ilə sərhəddi hasarlamağı düşünür
Tarix: 18.11.2022 / 10:33 •
Oxundu: 67 dəfə •
Finlandiya hökuməti ölkənin Rusiya ilə sərhədində hasarların tikintisi üçün 139 milyon avro təklif edir.
Bu barədə “Röyters” məlumat yayıb.
“Layihəyə əsasən, hasar sərhədin 10-20 faizini, yəni 130-260 km-ni əhatə edəcək və onun tikintisi dörd ilə qədər vaxt aparacaq. Hasar ölkə ərazisinə qanunsuz keçid riskini azaldacaq”, - məlumatda deyilir.
Qeyd edək ki, ölkələr arasında quru sərhədinin uzunluğu təqribən 1,3 min km-dir.