Bu gün:


Hulusi Akar İraqla sərhədə yollandı

Tarix: 27.11.2022 / 17:45  •   Oxundu: 80 dəfə  •  

Türkiyənin müdafiə naziri Hulusi Akar hərbi rəhbərliklə birlikdə İraqla sərhəddə yoxlamalar aparıb.
İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Naziri Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı, general Musa Avsevər, Hərbi Dəniz Qüvvələri komandanı, admiral Ərcümənt Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı, general Atilla Gülan müşayiət edir.