Bu gün:


Mişanın anası müraciət etdi: Oğlumu xilas edin, ölür...

Tarix: 08.12.2022 / 19:51  •   Oxundu: 63 dəfə  •  

Gürcüstan cəmiyyətinə müraciət etmək istəyirəm. Oğlum, Gürcüstanın 3-cü prezidenti və Ukrayna Milli İslahatlar Şurasının sədri ölüm ayağındadır.
İDEAL Media.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya deyib.
“Klinikadakı həkimlər çarəsiz qalıblar. Hər kəsdən - hökumət, Gürcüstan və beynəlxalq ictimaiyyətdən xahiş edirəm ki, övladımı xilas etsin. Həyatımda heç vaxt belə bir çağırış etməmişəm, amma indi çox çətin bir anla üzləşirəm və hər kəsin həmrəyliyi və alicənablılığına ümid edirəm”, - Alasaniya bildirib.