Bu gün:


Fransa səfirliyinə ölü siçan və hörümçək göndərildi

Tarix: 12.12.2022 / 19:47  •   Oxundu: 70 dəfə  •  

Fransanın Moskvadakı səfirliyinə içində ölü siçan və hörümçək olan bağlama göndərilib.
İDEAL Media.az xəbər verir ki, bu barədə Rusiya KİV-ə hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.
Hazırda Rusiya polisi hadisəni araşdırır. Mənbə hadisənin ötən həftə baş verdiyini bildirib.
Fransa səfirliyi Rusiya hüquq-mühafizə orqanlarına müraciət edib. Bağlama Notarianni adlı şəxsin adından göndərilib.