"Rusiya buna görə İran dronlarının buraxılış yerini dəyişib..." - Britaniya kəşfiyyatı
Tarix: 17.12.2022 / 20:48 •
Oxundu: 52 dəfə •
"Bu, ehtimal ki, Rusiyanın Krımın həssaslığına görə narahatlığı ilə bağlıdır..."
Rusiya İranın pilotsuz uçuş aparatlarının buraxılış yerini dəyişib.
İDEAL Media.az xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə nazirliyinin gündəlik hesabatında deyilir. Məlumatı "Yevropeyskaya pravda" nəşri yayıb.
Son zamanlaradək rusiyalı hərbçilər İran dronlarını əsasən ilhaq edilən Krımdan buraxıb. İndi isə onlar tez-tez Krasnodar diyarından buraxılır.
Buraxılış yerinin dəyişilməsi, ehtimal ki, Rusiyanın Krımın həssaslığına görə narahatlığı ilə bağlıdır, Britaniya hərbi idarəsi hesab edir.
Hesabatda həmçinin qeyd edilir ki, son günlər Rusiya Ukraynanın kritik infrastrukturuna uzaq mənzilli, əsasən, hava və dəniz bazalı qanadlı raket zərbələrini gücləndirib.
Rusiya oktyabrın 10-dan müntəzəm olaraq Ukraynanın energetika obyektlərinə zərbələr endirir. Bu səbəbdən Ukrayna sakinləri uzun müddət elektrik enerjisi, su və istilik problemlərilə üzləşib.
Dünənki güclü atəşlərdən sonra ölkə əhalisinin yarısı elektrik enerjisiz qalıb. Krivoy Roqda yaşayış binasına raket düşməsi nəticəsində dörd nəfər, o cümlədən yaşyarımlıq körpə həlak olub.