Bu gün:


Beynəlxalq Əfv Təşkilatı: “İranda uşaqlar edam oluna bilərlər”

Tarix: 19.12.2022 / 19:33  •   Oxundu: 79 dəfə  •  

İranda ümummilli etiraz aksiyaları ilə əlaqədar üçü uşaq olmaqla azı 28 nəfər edam edilə bilər. Ən azı, altı nəfər saxta məhkəmələrdə artıq edam cəzasına məhkum edilib.
"Azad İran” “Telegram” kanalının məlumatına görə, bununla bağlı “Amnesty International” təşkilatı bildirib.
“Rejim xalqda qorxu yaratmaq və xalq üsyanına son qoymaq üçün ölüm hökmündən istifadə edir”, - deyə təşkilat qeyd edib.