Qaribaşvili Saakaşvilini ölkə əhalisinin sayının azalmasında ittiham etdi
Tarix: 05.09.2021 / 10:00 •
Oxundu: 133 dəfə •
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və eks prezident Mixeil Saakaşvili, bir-birlərini hakimiyyətləri dövründə vətəndaşların sayının azalmasında günahlandırıb.
Gürcüstan mediasına istinadla xəbər verir ki, Baş nazir İrakli Qaribaşvili "Vahid Milli Hərəkat"ın hakimiyyəti dövründə ölkə vətəndaşlarının sayının 219 000 azaldığını bildirib.
Qaribaşvili həmçinin, "Gürcü Arzusu"nun hakimiyyəti dövründə isə ölkə əhalisinin 100 000 artdığını qeyd edib. M. Saakaşvili isə Baş nazirin bu iddiasını tamamilə yalan adlandırıb və "VMH" hakimiyyəti dövründə miqrasiyanın müsbət balansa malik olduğunu və ölkəyə daxil olanların sayının ölkədən çıxanlardan çox olduğunu əks etdirən göstəricilərin Statistika Departamenti tərəfindən 2 il əvvəl yayımladığını bildirib.
O həmçinin qeyd edib ki, daha sonra Statistika Departamentinin bu göstəriciləri saxtalaşdırılıb və istədikləri kimi yazılıb. Saakaşvili onun hakimiyyətdə olduğu zaman, ölkə xaricində yaşayanları ölkəyə çağırdığını və burada işləməyə dəvət etdiyini, lakin İvanişvilinin isə bunun əksini etdiyini və vətəndaşları xaricə işləməyə göndərdiyini bildirib.