Ermənistanda 4 ay əvvəl itkin düşən əsgəri axtarırlar
Tarix: 12.09.2021 / 08:19 •
Oxundu: 128 dəfə •
Mayın 18 -də Vardenisdə itkin düşən erməni əsgər hərbi xidmətdən qəsdən yayındığı üçün axtarışa verilib.
İDEAL Media.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, Norik Aqababyan adlı hərbçinin anası Lilit Aqababyan jurnalistlərlə söhbətində oğlunun xidmətdən yayınması barədə deyilənlərlə razılaşmayıb.
"Anlaya bilmirəm ki, onunla necə davranıblar. Heç oğlumun hansı istiqamətə getdiyini belə bilmirlər. Onun əsir düşməsi də mümkündür. Mən heç bir variantı istisna etmirəm",-müəmmalı şəkildə yoxa çıxmış əsgərin anası deyib.
Xatırladaq ki, mayın 18 -də erməni əsgərlərdən biri Tavuş bölgəsinin Koxb kənd sakini olan Norik Aqababyan Vardenisdə yoxa çıxıb.
18 yaşlı əsgər Vardenisdə yanvar ayından xidmət edirmiş. O itkin düşəndən sonra telefonunun həmin ərazidən təxminən 30 km məsafədə olması aşkarlanıb.