Bu gün:


Kais Səid: Xalqın qanının tökülməsini istəmirik

Tarix: 12.09.2021 / 12:32  •   Oxundu: 102 dəfə  •  

Tunisdə yeni hökumət ən qısa zamanda elan ediləcək.

İDEAL Media.az xəbər verir ki, bu barədə Tunis lideri Kais Səid açıqlama verib.

"Nə xaosa çağırırıq, nə də Tunis xalqının qanının tökülməsini istəmirik. Bəziləri qanunilik dairəsindən çıxmaqdan danışırlar, amma qanunun nə demək olduğunu bilmirlər. Çevrilişdən və Konstitusiyaya qarşı hərəkətdən danışırlar. Əksinə, konstitusiyaya və bütün dəyərlərə hörmət etdik", - Kais deyib.

Tunis lideri hökumətin nə vaxt açıqlanacağı ilə bağlı dəqiq bir məlumat verməyib.