Bu gün:


Azərbaycan polisi erməni uşaqları başa saldı ki...

Tarix: 18.09.2021 / 09:17  •   Oxundu: 68 dəfə  •  

Gorus-Qafan yolunun Azərbaycan sərhədləri daxilindən keçən hissəsində saxlanılan avtobusla bağlı daha bir maraqlı məqam ortaya çıxıb.

İDEAL Media.az xəbər verir ki, Qarabağdakı rus sülhməramlıların məsuliyyət zonasına yerləşdirilən ermənilərin yeniyetmələrdən ibarət futbol komandasının mikroavtobusunu saxlayan Azərbaycan polisi maşının üzərindəki separatçıların əski parçasını süngü ilə silib.

Daha sonra isə Azərbaycan polisi yeniyetmələrin beynini zəhərləyən erməni təbliğatına qarşı çağırış edib və erməni yeniyetmələrə deyib: "Siz bilməlisiniz ki, Dağlıq Qarabağ artıq yoxdur. Qarabağ Azərbaycandır! Siz başa düşdünüz məni?”

Hadisə ilə bağlı erməni mediasına danışan Gorus rayonunun vitse-meri Karen Köçəryan mikroavtobusun Xankəndidən gəldiyini, yoxa Xankəndiyə getdiyini bilmədiyini deyib.