Bu gün:


Fransada ov qadağası etirazlara səbəb olub

Tarix: 19.09.2021 / 10:27  •   Oxundu: 87 dəfə  •  

Fransanın müxtəlif şəhərlərində minlərlə ov həvəskarı ölkədə quş ovuna qarşı tətbiq edilən qadağalara etiraz edib.

Aksiya Fransa Milli Ovçular Federasiyası tərəfindən təşkil edilib.

Aksiyalar Fransada həvəskar ovçuluğun daha çox populyar olduğu Amiens, Redon, Mont-de-Marsan şəhərlərində daha izdihamlı keçib.

Qeyd edək ki, avqust ayında Fransa hökuməti ölkədə mövcud olan ənənəvi quş ovçuluğuna qadağa qoyub.
Qadağanı pozanları isə yüksək məbləğdə cərimə gözləyir.