Bu gün:


Erməni millət vəkilindən narazılıq

Tarix: 20.09.2021 / 12:00  •   Oxundu: 92 dəfə  •  

"Gorus-Qafan" dövlətlərarası yolun Ermənistan tərəfinin müxtəlif hissələrində baş verən son hadisələr göstərir ki, sərhədin həmin hissəsindəki müvafiq təhlükəsizlik sistemləri ya yaxşı işləmir, ya da ciddi fasilələrlə işləyir".

İDEAL Media.az xəbər verir ki, bu barədə erməni millət vəkili Tiqran Abrahamyan öz "Facebook" səhifəsində yazıb. O, xüsusilə qeyd edib ki, "İki erməni vətəndaşın dünən gecə sərhədin Azərbaycan tərəfi olan hissəsinə keçməsi sərhəddə təhlükəsizliyin yaxşı işləmədiyinə işarədir.

"Tək alternativ yolların yenidən qurulması problemi həll etməyəcəkdir. Görünən odur ki, indiki hökumət bu istiqamətdə ciddi addımlar atmır və ya sadəcə olaraq buna çatan siyasi iradəsi kifayət qədər deyil".