Bu gün:


Qaçqınlar ABŞ sərhədinə axışır

Tarix: 21.09.2021 / 16:14  •   Oxundu: 102 dəfə  •  

ABŞ-Meksika sərhədindəki 14 mindən çox insanın həyatda qalmaq üçün mübarizəsi dəhşətli mənzərələr ortaya çıxarıb.

İDEAL Media.az xəbər verir ki, iqtisadi böhran, yoxsulluq və təhlükəsizlik problemləri səbəbindən Meksikaya gedən Haiti mühacirlərinin sayı artıq 14 mini keçib. ABŞ səlahiyyətliləri, Texasda başda Haitidən olan mühacirlərin sayının artması ilə əlaqədar olaraq cənub sərhədi boyunca sanksiyaları gücləndirdikdən sonra qidalanma və işsizlik səbəbiylə getdikcə daha çox haitili avtobusla başqa şəhərlərə getməyə çalışıb.

Digər tərəfdən, sərhəddəki polislərin mühacirlərə qarşı münasibəti də dünyanın diqqət mərkəzindədir. Yayılan görüntülərdə qaçqınları sərhəddən keçməyə qoymayan polislərin mühacirləri qamçıladığı, silahla zor tətbiq etdikləri görünür.

Ağ Evin Mətbuat Katibi Cen Psaki baş verənlər ilə əlaqədar bildirib ki, vəziyyət olduqca qorxuncdur.

"Bəzi şəkilləri gördüm, tam məlumatım yoxdur, amma heç kimin bununla razılaşacağını düşünmürəm. Baş verənləri heç kim təsdiq edə bilməz'' deyə Cen Psaki bildirib.