Bu gün:


ABŞ Rusiyadan hərbi baza istədi: Pakistana müraciət edildi

Tarix: 28.09.2021 / 10:27  •   Oxundu: 165 dəfə  •  

ABŞ Əfqanıstandakı hərbi əməliyyatlar üçün bölgədə yerləşən Rusiya bazalarından istifadə etmək niyyətindədir.
İDEAL Media.az xəbər verir ki, bu barədə ABŞ mediası iddia yayıb. İddialara görə, ötən həftə ABŞ-ın Baş Qərargah rəisi Mark Milli rusiyalı həmkarı Valeriy Gerasimov ilə telefon danışığı zamanı Vaşinqtonun tələbini dilə gətirib. Bildirilib ki, Rusiya tərəfi hələlik bu tələbə cavab verməyib.
Həmçinin bildirilir ki, ABŞ Əfqanıstanda antiterror əməliyyatları aparmaq üçün Pakistandan da baza tələb edib. İslamabad da hələlik cavab verməyib.