Piontkovski: Putin Ukraynaya şimaldan hücum etsə...
Tarix: 28.09.2021 / 12:45 •
Oxundu: 135 dəfə •
Rusiya Prezidenti Vladimir Putin Belarusu Ukraynaya hücum üçün plasdarma çevirib.
İDEAL Media.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
Onun sözlərinə görə, Lukaşenko Rusiya prezidenti ilə son görüşü zamanı iki ölkənin birləşmə məsələsini gündəmə gətirib:
“O, guya Putini əmin etdi ki, Belarus tam birləşməyə hazır deyil və iki ölkənin iqtisadi məsələlərdə əlaqələrə ehtiyac var. Nəticədə Putin Lukaşenkoya dövləti müəyyən şərtlərlə müstəqil idarə etməyə imkan verdi. Əgər Lukaşenko müstəqil dövlətin rəhbəri olmağı belə çox istəyirsə, Putin onun üçün bunu saxlayır. O, bütün Belarusu Rusiya qoşunlarının, xüsusilə, Ukraynaya qarşı mümkün aqressiyası üçün tam bazaya çevirir. Əgər Putin Ukraynaya şimaldan hücum etmək istəsə, Belarus ona bunu etməyə imkan verəcək. Bu, Rusiya-Belarus münasibətlərində ciddi dəyişiklikdir, ukraynalılar üçün təhdiddir. Ukrayna bunu nəzərdə saxlamalıdır”.