Bu gün:


Merkel: Ölkənin birləşməsi hələ tam başa çatmayıb

Tarix: 03.10.2021 / 17:38  •   Oxundu: 64 dəfə  •  

Almaniya sakinləri demokratik dəyərləri qorumalıdırlar, ölkənin birləşməsi hələ tam başa çatmayıb.
İDEAL Media.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.

Merkel Berlin divarının yıxıldığı vaxt nümayişlərə çıxaraq vətəndaş azadlıqlarını tələb etdikləri üçün keçmiş ADR sakinlərinə təşəkkür edib.

Kansler yeni Almaniyaya inam göstərdikləri üçün Qərb ölkələrinə minnətdarlığını bildirib.

“Biz küçələrə çıxan hər kəsə borcluyuq”, - Merkel bildirib.