Zelenski Ukrayna vətəndaşlarını da qara siyahıya saldı
Tarix: 06.10.2021 / 11:02 •
Oxundu: 92 dəfə •
Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Təşkilatının Rusiyaya qarşı sanksiya qərarını təsdiqləyib.
İDEAL Media.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytı məlumat yayıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) vəzifəli şəxslərinin adları sanksiya siyahısına salınıb.
Zelenski Dövlət Dumasına keçirilən seçkilərdə namizəd olan 95 Rusiya və Ukrayna vətəndaşına da sanksiya tətbiq edib.
Bundan əlavə, 3 Rusiya şirkəti və Sinqapurda qeydiyyatdan keçmiş bir şirkətə 3 il müddətinə iqtisadi sanksiyalar tətbiq edilib.