Bu gün:


Türkiyə bu 3 ölkəni də Fransadan alır

Tarix: 06.10.2021 / 13:04  •   Oxundu: 176 dəfə  •  

Daha üç Afrika ölkəsinin Fransa ilə münasibətləri pisləşib.

“African İntellegence” istinadən xəbər verir ki, Fransanın ikinci əl silah və texnikasını almaqdan imtina edən Çad, Qana və Niger Parisin təzyiqlərindən yayınaraq, yeni mənbələr axtarmağa başlayıblar.

Belə ki, öz ordularını daha müasir silahlarla təchiz etmək istəyən bu dövlətlər Parisin yerinə Türkiyəyə daha çox diqqət yetirirlər.

Qeyd edək ki, bundan öncə Türkiyə Çad, Qana, Niger, Burkino-Faso kimi ölkələrlə bir sıra hərbi və texniki müqavilələr imzalayıb.