Bayden Trampın sənədləri gizlətməsinə icazə vermədi
Tarix: 09.10.2021 / 09:51 •
Oxundu: 91 dəfə •
ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın 6 yanvar tarixində Kapitoliyaya basqın edildiyi günə dair sənədləri gizlətməsinə icazə verməyib.
İDEAL Media.az xəbər verir ki, Ağ Ev sözçüsü Cen Psaki deyib.
“Prezident açıq şəkildə bildirdi ki, bu, həmin gün baş verənlərin aydın olması və bir daha belə hadisələrin təkrarlanmaması üçün xalq və Konqres üçün vacibdir. Hazırki administrasiya 6 yanvar tarixində baş verənləri ciddi qəbul edir”, - deyə Psaki bildirib.
Qeyd edək ki, 6 yanvar tarixində Donald Tramp tərəfdarlarının iştirakı ilə Kapitoliyada iğtişaşlar törədilmişdi. İnsindent nəticəsində ölən və yaralananlar olmuşdu.