Bu gün:


Vəkil: Saakaşvilinin vəziyyəti pisləşir, lakin...

Tarix: 12.10.2021 / 09:43  •   Oxundu: 135 dəfə  •  

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinin pisləşməsinə baxmayaraq, onun əhval-ruhiyyəsi olduqca güclüdür.

İDEAL Media.az xəbər verir ki, bu barədə onun vəkili Beka Basilaya deyib.

“Bu gün Mişanı gördük, o, olduqca cəsarətlidir və mübarizəyə köklənib. Aclığa gəldikdə isə, bəli, aclıq çəkir. Hamımız anlayırıq ki, onun vəziyyəti getdikcə pisləşir, lakin əhval-ruhiyyəsi güclüdür. Seçkilərin ikinci turunu gözləyirik”, - deyə Basiliya bildirib.