Bu gün:


“Bayraqdar” Donbasda zərbə endirdi - Kremldən reaksiya

Tarix: 27.10.2021 / 15:16  •   Oxundu: 121 dəfə  •  

Qorxularımız təsdiqlənir, “Bayraqdar”ların tədarükü neqativ nəticələrə və destabilizasiyaya gətirib çıxara bilər.

İDEAL Media.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bizim Türkiyə ilə həqiqətən xüsusi, yaxşı münasibətlərimiz var, amma hazırkı məqamda bizim qorxularımız təsdiqlənir. Belə növ tədarüklər təmas xəttində situasiyanın potensial destabilizasiyasına gətirib çıxara bilər”, – deyə o bildirib.

Ötən gün Ukrayna Silahlı Qüvvələri Donbas ərazisində ilk dəfə olaraq “Bayraqdar” PUA-sından istifadə edib. “Bayraqdar” atəşkəsi pozan haubitsanı məhv edib.

Haubitsadan açılan atəş nəticəsində isə bir ukraynalı əsgərin öldüyü, digərinin isə yaralandığı bildirilib.