Erməni terrorçu postumuza qumbara atdı: Xankəndi-Laçın yolu bağlandı
Tarix: 13.11.2021 / 10:07 •
Oxundu: 100 dəfə •
Xankəndi-Laçın avtomagistralı ermənilərin törətdiyi təxribat nəticəsində qapadılıb.
Ermənistan mediasına istinadən bildirir ki, bu gün səhər saatlarında Şuşanın yaxınlığında ermənilər daha bir insident törədiblər. Noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb.
Bu hadisədən sonra Xankəndi-Laçın yolunu bağlanıb. Hazırda əraziyə heç kim buraxılmır.
Olayın təfərrüatları hələlik bəlli deyil.