ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müraciət edərək, Azərbaycanla sərhəd məntəqələrində nəzarətin gücləndirilməsi ilə əlaqədar Zəngəzur bölgəsinə getməməyə çağırıb.
İDEAL Media.az Xarici KİV-ə istinadən xəbər verir ki, səfirlik xüsusilə Gorus-Qafan yolu istiqamətində hərəkətdən çəkinməyə çağırıb.
“M2 və M17 avtomobil yollarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi ilə bağlı məlumatlar var”, - deyə səfirliyin məlumatında bildirilir.
Qeyd olunur ki, səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin həmin istiqamtdə hərəkəti çox zərurət olmadıqca qadağandır.
Səfirliyin çağırışında ABŞ vətəndaşlarına Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca ayıq-sayıq olmaları və Qarabağ münaqişəsi zonasında təmas xəttinə yaxın ərazilərə getməmələri tövsiyə olunur.