Qriqoryan: “Azərbaycanla hər hansı sənədə dair razılaşma yoxdur”
Tarix: 23.11.2021 / 13:44 •
Oxundu: 55 dəfə •
“Hazırda Azərbaycanla hər hansı sənədin imzalanmasına dair razılaşma yoxdur”.
İDEAL Media.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun həmsədri Mher Qriqoryan deyib.
Qriqoryan bəyan edib ki, görüşlərin keçirilib-keçirilməməsindən asılı olmayaraq, demarkasiya və delimitasiya ilə bağlı danışıqlar prosesi davam etməlidir.
Mher Qriqoryan baş nazir Nikol Paşinyan və prezident İlham Əliyevin dekabrda Brüsseldə keçirəcəkləri görüşün gündəliyinə münasibət bildirməyib.
“Azərbaycana Naxçıvana dəhliz verilməsi məsələsi müzakirə olunmur. Erməni tərəfi dəfələrlə qeyd edib ki, söhbət Ermənistan və Azərbaycan arasında bütün nəqliyyat marşrutlarının qarşılıqlı şəkildə açılmasından gedir. Ermənistanla Azərbaycan arasında kommunikasiyaların blokadadan çıxarılması üçün bir neçə işlənmiş variant var”,- deyə M.Qriqoryan bildirib.
Qeyd edək ki, bundan əvvəl noyabrın 26-da Soçidə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin görüşünün keçiriləcəyi barədə məlumat yayılmışdı. Hətta ötən həftə baş nazir Nikol Paşinyan bəyan edib ki, Rusiya Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı təkliflər verib və Ermənistan bu təkliflərlə razılaşır. Bu baxımdan, son vaxtlar müvafiq sənədin imzalanması ilə bağlı şayiələr fəal şəkildə yayılır.