Bu gün:


Ölkənin ilk qadın Baş naziri seçildi

Tarix: 25.11.2021 / 12:58  •   Oxundu: 85 dəfə  •  

İsveçin ilk qadın Baş naziri seçilən Maqdalena Andersson 7 saat sonra istefa verib.

İDEAL Media.az xəbər verir ki, parlamentdə keçirilən etimad səsverməsi zamanı qadın siyasətçiyə etimad göstərilib və onun Baş nazir postuna təyinatı təsdiq edilib.

Lakin ardınca başlayan büdcə müzakirələri zamanı koalisiya hökumətinin tərəfdaşı Yaşıllar partiyası sağtəmayüllü partiyaların dəstəyi ilə qəbul edilən büdcəyə etiraz edib.

Nəticədə onlar hökumətdən çəkiliblər. Bundan sonra isə, Baş nazir istefa etdiyini bəyan edib.