Bu gün:


On minlərlə hərbçi sərhədə toplaşdı

Tarix: 29.11.2021 / 11:37  •   Oxundu: 115 dəfə  •  

NATO-nun Xarici İşlər nazirləri sabah Brüsseldə bir araya gələcək.

İDEAL Media.az xəbər verir ki, toplantı iki gün davam edəcək. Məlumata görə, iclasın əsas müzakirə mövzularından biri Rusiya ilə bağlı olacaq.

Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığması barədə məlumatlar NATO-nu narahat edir. Polşa-Belarus sərhədindəki mühacir böhranı da müzakirə mövzularından biri olacaq.

Qeyd edək ki, Rusiyanın Ukrayna sərhədinə 100 min hərbçini topladığı barədə məlumatlar var. Yanvar ayında rus qoşunlarının Ukraynaya həmlə edə biləcəyi ilə bağlı kəşfiyyat məlumatları var.