Türkiyə Rusiya və Ukrayna arasında böhranın həllində iştirak etmək istəyir
Tarix: 29.11.2021 / 16:20 •
Oxundu: 134 dəfə •
“Türkiyə Rusiya və Ukrayna arasında böhranın həllində iştirak etmək, Moskva və Kiyevlə bu mövzunu müzakirəyə davam etmək niyyətindədir”.
“Haber Global” məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən təyyarədə türkiyəli jurnalistlərə müsahibəsində deyib:
“Biz regionda sülhün bərqərar olmasının tərəfdarıyıq, xüsusən də söhbət Krım türklərindən gedirsə. Biz dost Rusiya və xüsusilə də Rusiya Prezidenti Vladimir Putinlə bu məsələləri dəfələrlə müzakirə etmişik. Biz istəyirik ki, bu bölgə müharibənin hökm sürdüyü ərazi olmasın. Qoy, gələcəkdə bu ərazidə sülh hökm sürsün, biz arzu edirik ki, bu məsələ ilə bağlı münasibətlərin müsbət yöndə inkişaf etsin”.
Ərdoğan həmçinin Türkiyənin Moskva və Kiyev arasında bu məsələdə vasitəçilik etmək istəyindən də söz açıb:
“Həm Ukrayna ilə, həm də Putinlə bu danışıqları inkişaf etdirməklə problemin həllində payımızın olmasını istərdik”.