Makron Consonu təlxək adlandırdı
Tarix: 02.12.2021 / 10:03 •
Oxundu: 96 dəfə •
Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Boris Consonu təlxək adlandırıb.
Siyasətçi La-Manş boğazında miqrasiya böhranı fonunda açıqlama verib.
Makronun sözlərinə görə, Conson böyük bir ölkəni idarə edir, lakin özünü qeyri-ciddi aparır.
“Birlikdə çoxlu işlər görə biləcəyimiz böyük ölkənin başında təlxəyi görmək çox üzücüdür”, - deyə prezident bəyan edib.
Buna cavab olaraq, Consonun sözçüsü hər iki ölkə rəhbərliyinə daha çox insan itkisinin qarşısını almaq üçün böhranın həllinə diqqət yetirməyi tövsiyə edib.
Qeyd edək ki, Consonun Makrona yazdığı və qeyri-qanuni miqrasiya ilə mübarizə aparmağı təklif etdiyi məktubunu açıq şəkildə yaymasından sonra Fransa və Britaniya liderləri arasında münasibətlər pisləşib. Makron Consonun işə yanaşmasını tənqid edib və qeyd edib ki, ölkə liderləri bir-biri ilə “Twitter” vasitəsilə və ya məktubların dərci ilə təmas qurmurlar.