Bu gün:


ABŞ ordusu Suriyadakı "Əl-Qaidə" liderini PUA ilə hədəfə aldığını açıqladı

Tarix: 05.12.2021 / 09:28  •   Oxundu: 80 dəfə  •  

ABŞ ordusu pilotsuz uçan aparatın Suriyadakı hədəfinin “Əl-Qaidə” lideri olduğunu açıqlayıb.
 
Mərkəzi Komandanlığın sözçüsü şənbə günü Fox News-a bildirib ki, ABŞ ordusu Suriyada “Əl-Qaidə”nin nüfuzlu səhra komandirini hədəf alan pilotsuz təyyarə ilə zərbə endirib.
 
“ABŞ ordusu dekabrın 3-də Suriyanın İdlib şəhəri yaxınlığında nüfuzlu "Əl-Qaidə" liderini və planlayıcısını hədəfə almağa başlayıb. Dəqiq zərbə MQ-9 PUA-sından endirilib”, - deyə kapitan Bill Urban bildirib.
 
Onun sözlərinə görə, “ilkin məlumatlar mülki şəxslər arasında mümkün itkiləri ola biləcəyini göstərir”.
 
Urbanın qeyd etdiyi kimi, “biz günahsız insan itkilərindən qaçmağa çalışırıq və bunun qarşısını almaq üçün əlimizdən gələni edirik”.
 
“Mülki əhalinin tələfatı ehtimalı dərhal Mərkəzi Komandanlığa bildirilib”,-deyə o bildirib, - “Biz dərin araşdırmaya başlayırıq və lazım olan kimi nəticələri dərc edəcəyik”.