Bu gün:


Lavrovla Blinken arasında mübahisə...

Tarix: 05.12.2021 / 10:30  •   Oxundu: 114 dəfə  •  

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında Ukraynadakı vəziyyətlə bağlı qızğın mübahisə olub.

Bu barədə şənbə günü "Bloomberg" məlumat yayıb.
 
Bildirilib ki, dekabrın 1-də Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl keçirilən qala-ziyafətdə şifahi mübahisə baş verib.
 
Tədbir zamanı Lavrov söz alaraq 2014-cü ildə Ukraynada baş vermiş hadisələrin dövlət çevrilişi olduğunu bildirib. Bundan əlavə, o deyib ki, NATO və Avropa İttifaqı qəsdən fərqli fikirləri boğur və Rusiyanı qorxutmağa çalışır.
 
Amerika Xarici İşlər Nazirliyinin rəhbəri cavabında bildirib ki, 2014-cü ildə Kiyevdə dinc nümayişçilərin atəşə tutulmasında Viktor Yanukoviçə sadiq olduğu iddia edilən qüvvələrin əli olub. O, bir daha NATO-nun müdafiə ittifaqı olduğunu vurğulayıb.