Bu gün:


BMT "Taliban"a 6 milyon dollar ödəyib

Tarix: 23.12.2021 / 15:07  •   Oxundu: 59 dəfə  •  

BMT “Taliban”dan pul qarşılığında Əqanıstandakı nümayəndələrinin təhlükəsizliyini tələb edib.

İDEAL Media.az xəbər verir ki, BMT-dən belə açıqlama verilib. İddialara münasibət bildirən BMT, qurumun nümayəndələrinin təhlükəsizliyi üçün pul ödənildiyini təsdiq edib. Lakin məbləğ barədə məlumat verilməyib. Açıqlamada bildirilir ki, normal şərtlərdə nümayəndələrin təhlükəsizliyini təmin etmək ev sahibi olan ölkənin üzərinə düşür. Lakin Əfqanıstanda şərtlər hazırda fərqlidir.

Qeyd edək ki, mediada BMT, təhlükəsizlik məsələləri üçün “Taliban”a 6 milyon dollar təklif etdiyi iddia edilib.