Bu gün:


Baş qərargah rəisi göstəriş verdi: “İrana hücum...”

Tarix: 29.12.2021 / 15:00  •   Oxundu: 424 dəfə  •  

İsrail ordusunun İrandakı bəzi nüvə obyektlərini vura biləcək silahlara sahib olmasına baxmayaraq Qum şəhərindəki Fordo nüvə obyektini hədəf almasının mümkün olmadığı iddia edilib.

İsrail dövlət telekanalı “Kan”da yayımlanan hesabatda 2021-ci ildə ölkə və bölgədə həyata keçirilən təhlükəsizlik məsələlərinə diqqət çəkilib.
 
İsrail Hərbi Hava Qüvvələrinin İranın İsfahan şəhərindəki Natanz nüvə müəssisəsini vura biləcək silahlara sahib olduğu bildirilən hesabatda qeyd edilib ki, Fordo nüvə obyekti dağda yerin altında yerləşdiyi üçün buranı hədəf almaq çətindir.
 
Ön cəbhə xəttində - Livan, Suriya və Qəzzada lazımi hazırlıq olmadan İrana hücum etməyin mümkün olmadığına diqqət çəkilən hesabatda bu səbəbdən İsrail ordusunun hava qüvvələri və quru qoşunlarının lazımi hava hücumundan müdafiə sistemləri ilə təchiz edildiyi də bildirilib.
 
Hesabatda İsrailin 10 il əvvəl İranın nüvə obyektlərini vurmaq üçün imkanlarının olduğu, amma o zamankı siyasi hakimiyyətin bu istiqamətdə qərar vermədiyi də deyilib.
 
İsrail ordusunun hücumu ehtimalı çərçivəsində baş qərargah rəisi Aviv Koçavinin hücum planlarının hazırlanması üçün göstəriş verdiyi vurğulanıb və İranın 2 il ərzində nüvə bombası əldə edə biləcəyi iddia olunub.