Bu gün:


Pakistanda xalq İmran Xana görə küçələrə axışdı

Tarix: 11.04.2022 / 08:07  •   Oxundu: 74 dəfə  •  

Xəbər verdiyimiz kimi, Pakistan Milli Məclisi (parlamentin aşağı palatası) bu gün Baş nazir İmran Xana etimadsızlıq votumunun qəbul edilməsi üzrə səsvermə keçirib, səsvermənin nəticəsinə əsasən, etimadsızlıq votumu qəbul edilib.

İDEAL Media.az xəbər verir ki, İmran Xan bu gün Tviter hesabında xalqın dəstəyini nümayiş etdirən video paylaşıb.

“Tariximizdə heç vaxt bu qədər öz-özünə və bu qədər çox sayda saxtakarlar tərəfindən idarə edilən idxal hökuməti rədd edən izdiham olmamışdı”.

Qeyd edək ki, İmran Xana etimadsızlığın leyhinə 342 deputatdan 174-ü səs verib ki, bu da onu vəzifədən kənarlaşdırmağa kifayət edib.