Bu gün:


Ukraynadan sonra növbə Slovakiyanındır - Heger

Tarix: 25.05.2022 / 18:03  •   Oxundu: 67 dəfə  •  

Rusiya Ukraynanı məğlub edərsə, növbəti Slovakiya olacaq.

İDEAL Media.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Eduard Heger deyib.

"Onlar (Ukrayna) qalib gəlməlidir", - o bildirib.

Heger daha sonra AB üzvlərini Rusiya enerjisinə həddən artıq etibar etdiklərinə görə tənqid edib:
"Biz çoxdandır ki, öz dəyərlərimizi ucuz qaz və neftə dəyişirik. Putinlə kompromis Ukraynada müharibəyə səbəb oldu. Təcavüzkar müharibədə insanlar ölür".

Hegerin fikrincə, AB bloku Ukrayna və Qərbi Balkanlarla birlikdə standart qaydalar işləyib hazırlamalıdır ki, onlar AB-yə daxil ola bilsinlər.