Bu gün:


Türkiyədən Fransada ölən türklə bağlı reaksiya

Tarix: 12.06.2022 / 08:48  •   Oxundu: 81 dəfə  •  

Fransa mətbuatında yer alan həbs prosesinin son görüntülərinin qanunun aliliyinə uyğun olmadığı aydındır.
İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.

"Merter Kəskin adlı vətəndaşımız 12 yanvar 2021-ci ildə Fransanın Selestat şəhər polis bölməsində nəzarətdə olarkən vəfat edib. Məsələ Fransanın ədliyyə orqanlarına çatdırılıb və istintaq prosesi davam edir.

Hadisədən xəbər tutan Fransadakı nümayəndələrimiz mərhumun ailəsi ilə sıx əlaqə saxlayır və lazımi hüquqi və mənəvi dəstəyi davam etdirirlər. Dünyasını dəyişən vətəndaşımızın ölüm səbəblərinin ən qısa zamanda aydınlaşdırılmasını gözləyirik. Biz hadisələri izləməyə davam edəcəyik”, - T. Bilgiç bildirib.