"Sabah Putin ölsə də, Rusiyada qısa müddətdə heç nə dəyişməyəcək..." -Piontkovski
Tarix: 20.06.2022 / 08:30 •
Oxundu: 130 dəfə •
"İndi Rusiyada mümkün hakimiyyət dəyişikliyindən danışanda söhbət bunkerdəki mübarizədən gedir. Orada da Hitlerin bunkerində, Stalinin kiçik bağ evində olduğu kimi proseslər gedir".
İDEAL Media.az Ukrayna mediasına istinadla xəbər verir ki, bunu dünən - iyunun 19-da “Ukrayna 24” YouTube kanalının efirində "Poyasnyuyu Panyuta" verilişində rusiyalı politoloq, publisist Andrey Piontkovski söyləyib.
Politoloq xüsusən Rusiyada baş verənlərdən danışıb, Qərbin Ukrayna ilə əlaqədar mövqeyini şərh edib, həmçinin ABŞ prezidenti Co Baydenin zəifliyini də izah edib.
"Artıq 10 ildir ki, Putinin səhhəti haqqında eşidirik - məncə, o, onurğa xərçəngindən tutmuş xərçəngin bütün növləri ilə artıq xəstələnib, indi isə beyin xərçənginə çatıb"- bunu deyən A.Piontkovski Putindən sonra özünü onun yerində görmək istəyənlərin mübarizəsindən də bəhs edib.
"Ancaq mənim üçün təsirli olan bir əlamət var; hamınız Medvedyev, Kiriyenko, Roqozinin bir sıra sərsəm bəyanatlarına diqqət yetirdiniz. Medvedyev üçün bu, ümumiyyətlə, xarakterik deyil. Aydındır ki, onlar bir növ “kastinq”də(kino sınağı-S.L.) iştirak edirlər. Üstəlik, bu kastinqin meyarları anti-Qərb və anti-Ukrayna əhval-ruhiyyəsinin sərtliyi və çılğınlığıdır. Əgər kastinq varsa, deməli hansısa vakansiya boşalıb. Onun (Medvedev - red.) nəsə problemi var.
Sabah Putin ölsə, Rusiyada qısa müddətdə heç nə dəyişməyəcək. Bu sadəcə olaraq bu kastinqin tonunu göstərir - onlar öz sərt xəttlərinə sədaqət andı içirlər. Biz bunu Stalinin ölümündən sonra gördük. Təbii ki, bu, rejimi zəiflədəcək - orada öz aralarında didiişəcəklər. Amma indi əsas məsələ bu deyil.
Aparıcının "Bəs əsas nədir?" sualına isə politoloq belə cavab verib:
"Əsas yaxın aylarda Ukraynaya gətiriləcək "HIMARS"-ların sayıdır, yəni müharibənin nəticəsi məsələsi..."
Xatırladaq ki, A.Piontkovski hələ 2019-cu ildə Putinin ölümündən sonrakı durum haqda bunları deyib:
«İşğal edilmiş Donbas Ukraynaya Putinin ölümündən dərhal sonra qaytarılmalıdır. Krım isə rus imperiya layihəsinin ölümündən bir xeyli sonra Ukraynanın olacaq. Bu hadisələr elə də uzaqda deyil. Çinin siyasi vassalı özünü uzun müddət imperiya kimi təqdim edə bilməz. Krımın geri dönüşü Ukraynanın Rusiya ilə savaşının sonu olacaq».