Bu gün:


Astarada doqquz aylıq hamilə qadın qəfildən ölüb

Tarix: 27.06.2022 / 17:05  •   Oxundu: 80 dəfə  •  

Astarada 9 aylıq hamilə olan qadın ölüb.
Hadisə rayonun Giləkəran kəndində baş verib.
1997-ci il təvəllüdlü Qasımzadə Aytən Eldəniz qızı dünyasını dəyişib.

İlkin məlumata görə, qadın yaşadığı evdə qəfildən ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, A.Qasımzadənin 9 aylıq hamiləlik dövrü normal keçib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.