Bakının Novxanı bağlarında tamahgir qatil Həsənov Tofiq Əmir oğlunun həyat yoldaşının boşanmamaq istəyinə bıçaqla adekvat cavab verməsi kimi nüanslar yeni halların açılmasına zəmin yaratmaqdadır.
Belə ki, hadisə zamanı günahsız Məsumə 1981-ci il təvəllüdlü İsgəndərova İlahə Nurəddin qızının yaşadığı ünvana qatilin ayaq açmasında müstəsna xidməti olmuş və hazırda Tovuz rayonu Əyyublu kənd orta məktəbində “Dil-ədəbiyyat müəlliməsi” vəzifəsini məşğul edən Həsənova Xalidə Əli qızı barədə yeni faktlar ortaya çıxmaqdadır.
Redaksiyamıza zəng açan qətlin bilavasitə iştirakçısı Həsənova Xalidənin qızı Həsənova Ülviyyə Fəxrəddin qızı İDEAL – da getmiş yazıya görə məyus olduqlarını və belə bir cinayətin baş verməsini istəmədiklərini canfəşanlıqla bildirsədə, əldə etdiyimiz məlumatlar xanım Həsənovanın dediklərini təkzib etməkdədir. Belə ki, iyun ayının 18-də mərhumənin qırx mərasiminə bir gün qalmış qatilin “müəllimə” qohumları Həsənova Xalidə Əli qızı və eyni məktəbdə çalışan qızı Həsənova Ülviyyə Fəxrəddin qızı öz həyətlərində 500 yüz nəfərlik şad-xürrəm mərasimi düzənləyərək insanlığa və müsəlmanlığa uyuşmayan heysiyyatsızlıq nümayiş etdirmişlər.
Azərbaycanda bir qayda olaraq əzəldən kəndlərdə, el-obada yas mərasimləri olarkən nəin ki qırx mərasiminə kimi hətta ili çıxanadək yaslı ailələrdə şad günü keçirməkdən ötrü icazə alınardı. Görünür mərhumə İlahə İsgəndərovanın qətlində qapı açdırmış Xalidə Həsənova istədiyinə nail olmaq şərəfinə və istintaq orqanlarının onun diqtəsi üzrə məsuliyyətdən azad olma şansından bəhrələnməklə bu cür harın tədbirlərin həyata keçrilməsində heç bir kompleks yaşamadıqlarından meyxanələrə moderatorluq etməkdədirlər.
Və həm də bu ona dəlalət edir ki, mərhumə İlahə İsgəndərova ilə qatil həyat yoldaşı Həsənov Tofiq Əmir oğlunu “barışdırmaq” adı altında qapı açdırması da istintaqı aparan Sumqayıt şəhər prokurorluğu üçün vacib elementlərdəndir.
Sual olunur:
Ər-arvadı “barışdırmağa” gedən Həsənova Xalidə Əli qızı o zaman niyə simsarı bıçaqlı qatilin qarşısına çıxıb hadisəni qabaqlamırdı?!
Və yaxud da ana-bala müəllimələr baş vermiş olaydan doğrudan da məyus idilərsə mərhumənin qırx mərasimi başa çatmamış meyxoş törənin keçirilməsini zəruri edən hansı amillər olmuşdur ?
Polad Musayev