İSTİNTAQ QATİLİN ORTAQLARINI MƏSULİYYƏTDƏN KƏNARDA SAXLAYIR!
Tarix: 29.05.2022 / 15:42 •
Oxundu: 201 dəfə •
8 may 2022-ci il tarixdə Abşeron Rayonu, Novxanı bağlarında baş vermiş amansız qətl hadisəsilə bağlı ötən gün mərhumə İlahə İskəndərovanın anası Sveta Nağıyeva, bacısı və qızı Sumqayıt Şəhər Prokurorluğunda müstəntiq Pərvin Ocaqverdiyev tərəfindən izahatları alınmışdır.
Qətlin baş vermə səbəbi qatilin həyat yoldaşına verdiyi mənəvi-fiziki işgəncələrin pik həddə çatdığından boşanma üçün rəsmi ərizə ilə məhkəməyə müraciət etməsi olmuşdur.
Əldə etdiyimiz məlumata əsasən, qatilin bu cür qənaətə gəlmə səbəblərindən biridə qardaşının və onun Tovuz Rayonu Əyyublu kənd orta məktəbində dil Ədəbiyyat müəlliməsi vəzifəsində işləyən arvadı Həsənova Xalidə Əli qızı olmuşdur.
Belə ki, bu şəxslər tez-tez qatilə deyirmişlər ki: "Sən necə kişisən ki, arvad səni boşayır..."
Bu cür qızışdırıcı söz-söhbətlər günbəgün çoxalırmış.
Dil-Ədəbiyyat "müəlliməsi" vəzifəsini məşğul edən Xalidə Həsənova qətl hadisəsi baş verərkən hadisə yerində olmuş və 15 dəqiqə davam edən ailə dramını yaxından həzz ala-ala izləyən daş ürəkli seyriçisi olmuşdur ki, bu faktın özü belə istintaq işini şəffaf edə biləcək arqumentlərdəndir. İlk məhkəmə çəkişməsi may ayının 6-da baş tutmuşdur. 2 gün sonra isə qətl hadisəsi baş verdi.
Qatilin öz evindən ailəsinə, övladlarına məxsus pul və qızıl zinnət əşyalarının oğurlaması, bu gün onu müdafiə edən dələduz vəkillərinin barəsində absurd "imic-reputasiya" formalaşdırma öhdəliyi yaratsada, aşkar cinayət faktının ən mərhəmətli tərəfi qatilin ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi zərurətidir.
İnci Osmanqızı