Əgər kimisədə öldürmək istəyirsənsə iki qəbir qaz.Biri öldürdüyün üçün,digərini özün üçün.May ayının 8-də Novxanı bağlarında növbəti günahsız məsum, 1981-ci il təvəllüdlü Xanımın İskəndərova İlahə Nurəddin qızının həyatına son verildi.1969-cu il təvəllüdlü qatil və xain həyat yoldaşı Həsənov Tofiq Əmir oğlu 13 bıçaq zərbəsilə polisin “preventiv və profilaktik” görməli olduğu tədbirlərə öz töhfəsini vermiş oldu.
Gələcəkdə istintaqın araşdırılması üçün zəruri olan əsas məqamlardan biridə bundan ibarətdir ki,mərhumə İlahə İskəndərovanı qətlə yetirmiş qatil həyat yoldaşı istəklərini reallaşdırmaqdan ötrü mənzilə hazırda Tovuz Rayonu Əyyublu kənd orta məktəbində dil-ədəbiyyat “müəlliməsi” vəzifəsini məşğul edən qardaşı arvadı Həsənova Xalidə Əli qızı ilə birlikdə təşrif buyurub!?...
Əldə etdiyimiz səhih məlumatlara əsasən, mərhumə İlahə İskəndərova həyat yoldaşı ilə uzun müddət birlikdə yaşamayıb və aşırı şiddətlərə məruz qalıb. Bununla bağlı dəfələrlə 102 çağrı xidmətinə zəng etsədə, Bakının əksər rayonlarında “araşdırmalar” aparılsada, nəticədə son sözü qatilin bıçağı deyir.
Dəfələrlə olub ki, Xanım İskəndərova 102 xidmətinə etdiyi şikayətlər zamanı qorxusundan ayaqyolunda gizlənib və bu mənzərələrə dəfələrlə şanlı polis şahid olub.
Münasibətsizliklər ərəfəsində qatil həyat yoldaşı Xanımına məxsus külli miqdarda pul və qızıl zinyət əşyalarını belə seyfdən oğurladığı aşkardır.
Amansız qətl hadisəsi hazırda Sumqayıt Şəhər Prokurorluğunda davam etdirilir.İstintaqın gedişi diqqətimizdədir, əlavə məlumat verəcəyik.
Polad Musayev