Bu gün:


Azərmətbuat yayımında qatıqlama islahatları davam edir

Tarix: 06.07.2022 / 17:24  •   Oxundu: 165 dəfə  •  

Ramiz Mehdiyev, Əli Həsənov, Vüqar Səfərli, Əflatun Amaşovun mədələşmiş başları üzrə məhv edilmiş Azərbaycan mediası bu gün də alt paltarları, sinka, soska, xiyar-qatıq, şvabra islahatlarını davam etdirməkdədir.

Təsadüfən Bakı şəhəri 3-cü mikrorayon bazarının qarşısından keçərkən rastlaşdığım mənzərə məndə şok terapiya yaratdı. Düşündüm ki, Vüqar Səfərli həbs edildikdən sonra onu əvəzləyən indiki komandada bəlkə mənlikli və əxlaqlı birisi tapılar. Əsla belə olmadı. "Azərmətbuat yayımı" ASC adlanan köşkün nəfəslik hissəsində yeddi adda ayaqyolunda istifadə edilməsi mümkün olan və dövlət tərəfindən maliyyələşdirilən ayaqyolu kağızından da hörmətsiz və nüfuzsuz "qəzet" düzənlənmiş, qəzetin üzərində isə qatıq, şor, pendir kimi ağ şeylər qoyulmuşdu. Düşündürücüdür, hökumət sağa-sola səpələdiyi pulların fövqündə niyə özü-özünə nəzarət edə bilmir? Niyə bu hökumət rəsmiləri Azər adına bu qədər nifrət edirlər? Necə ki "Azərsu", "Azərişıq", "Azəryolservis", "Azəristilik", "Azərqaz"a nifrət etdikləri kimi. Olmazmı ki həmin köşkdə alt paltarları əvəzində daha ciddi əşyaların satışı təşkil edilərdi? Axı qazanılan pul həm də ailə düzəninin formalaşdırılmasında böyük önəm daşıyır. Ərə gedib boşanmış mətbuata deyil, ailə üzvlərinizə, övladlarınıza, yediyiniz çörəyə heç olmasa hörmət qoyun ay şərəfsizlər!



Polad Musayev