Bu gün:


7 SAYLI BAZARDA (“C.Ç.M”) RÜŞVƏT İSLAHATLARI DAVAM EDİR…

Tarix: 30.07.2022 / 13:28  •   Oxundu: 315 dəfə  •  

Ədliyyə nazirliyi Penitensiar Xidmətin 7 Saylı cəzaçəkmə müəssisəsində dövlətdən və qanundankənar baş verən olaylar barədə yayılan informasiya hər hansı normal bir dövlətdə baş versəydi ən yaxşı halda Ədliyyə naziri istefa verərdi.

Lakin, analoqsuz ölkəmizdə bütün bu kimi rüsvayçılıqlar sseriyasına nəin ki, “ Stop” verilmir, əksinə artan xətt üzrə davam etdirilir.

Qobustan həbsxanasından 7 Sayli kənan bazarına yatab etdirilən Qayıbov Bəxtiyar İntiqam oğlu karantində olarkən zona buraxılması üçün 2.500 manat “gömrük haqqı” tələb olunur. 

Tələb olunan rüşvətin 1300 manatını dost, tanış, qohum-əqrabalar toplayıb 7 saylı kolxoz bazarına gətirib təqdim edirlər.Bir müddətdən sonra kolxozun rəis müavini Kənan Orucov Bəxtiyar Qayıbovu yanına çağırtdırıb təhdid edir ki:” təcili qalıq 1200 manatı çatdır.Əks halda torbanı tikib yenidən Qobustana qaytaracam”…

Kənan Orucov dediyini edir və Bəxtiyarı bir müddət narkotik vasitələrin istifadəçisi kimi şantaj edir.Ardınca Qobustan Həbsxanasına köçürülməsi üçün Xətai Rayon Məhkəməsinə təqdimat verilir.

Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun və prokuror Məmmədova Şəbnəm Fərman qızının idarə etdikləri Prosesdə şərlənməyə məruz qalmış məhkumun hüquqları bərpa olur və 7 saylı bazarın iftirası rədd edilir.Bəxtiyar Qayıbov ona qarşı həyata keçirilən qərəzin səbəblərini izah edir.Prokuror Xanım məhkumun diqqətinə çatdırır ki, danışdıqlarınız kamerada öz əksini tapdı. Lakin bundan ötrü A-4 formatda kağızda Prokurorluğa şikayət etmək lazımdır.Məhkum karsda olduğundan nəzarətçi vasitəsilə qələm kağız istəyir.Nəzarətçi cavab verir ki, rəis müavini Kənan Orucov bildirdi ki, bura türmədir, kağız-qələm olmur…

Bazar sahibləri rüşvətxor əlaqələrini işə salır və Xətai Rayon Məhkəməsinin ədalətli qərarına protest verdirirlər.Protest Bakı Apellyasiya Məhkəməsində təmin edilərək hakim Kamran Əliyevin sədrlik etdiyi məhkəmə prosesində Bəxtiyar Qayıbova 6 ay yenidən Qobustan cəzası verilir.

Penitensiar Xidmətdə həyata keçirilən analoqsuz rüşvət islahatları ilə əlaqədar Bəxtiyar Qayıbov və ailə üzvüləri Prezidentə və rüşvətlə mübarizə aparan idarələrə rəsmi müraciət ünvanlamışlar.

Mövzu diqqətimizdədir.

Polad Musayev