İRANDA MƏHKUMLARIN GÖZLƏRİ ÇIXARILIR
Tarix: 03.08.2022 / 12:54 •
Oxundu: 122 dəfə •
İranda üç məhkumun gözləri çıxarılacaq. Bununla bağlı hökmün icrası Tehran Cinayət Məhkəməsinə göndərilib.
Bu barədə İDEALMedia.az xəbər verib.
Qisas olaraq gözlərinin kor edilməsi cəzasına məhkum edilmə qərarı bir qadın və iki kişiyə şamil olunacaq.
Məlumata görə, gözün çıxarılması cəzasına məhkum edilmiş qadın 11 il öncə başqa bir xanımla münaqişəyə girərək, onun üzünə sulfat turşusu töküb. Bu zaman zərərçəkənin sağ gözü görmə qabiliyyətini itirib. Məhkəmə prosesində zərərçəkənin qisas tələbinə uyğun olaraq hakimin qərarı ilə müttəhim sağ gözünün kor edilməsi cəzasına məhkum edilib.
Hər üç şəxs barədə hökm İİR Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.