Məhkum hakimə yeni ittiham
Tarix: 15.08.2022 / 18:37 •
Oxundu: 101 dəfə •
Həbsxanada saxlanılan Səlimov Telman Ağalar oğlu “İDEAL”a müraciət edərək təqsirləndirilən şəxs Sumqayıt məhkəməsinin keçmiş hakimi Mahmudov İlyas Musa oğlundan şikayət edib.
Bildirdi ki,Sumqayıt Şəhər Məhkəməsinin hakimi Mahmudov İlyas Musa oğlu 06.07.2017-ci ildə ona qarşı ittiham hökmü çıxararkən qanunla deyil, şəriki mərhum Şakir Hüseynov və onun simsarları o cümlədən oğlu Tural Hüseynov, qardaşı Vidadi Hüseynov, bacısı oğlu, Elnur Bayramovun sifarişi və yalan ifadələri əsasında qanunsuz qərar çıxardaraq, rəhbəri olduğum “Qarabağ səyyar inşaat MMC” nin mənafeyi və işgüzar nifuzuna külli miqdarda ziyan vurmuşdular. Həmçinin İlyas Mahmudov məndən 3231 (üç min iki yüz otuz bir) manat əvəzinə 10231 (on min iki yüz otuz bir) manat alaraq mənim və qohumlarımın əmlakını mənimsəmişdir.
