Bu gün:


“OMAR ATÇILIQ” LA BAĞLI EKSPERTİZA TƏYİN EDİLDİ

Tarix: 17.03.2022 / 13:30  •   Oxundu: 753 dəfə  •  

 İDEAL Partiyasının Başkanı Nazim Quliyevin «Omar Atçılıq Klubu»nun qanunazidd əməlləri nəticəsində vurduğu ziyan üzrə verdiyi iddia Abşeron rayon Məhkəməsinin  hakimi Məmmədov Elmaz Tofiq oğlunun icraatındadır. İddiaçı Nazim Quliyev, cavabdeh “Omar Atçılıq Klubu” na qarşı «maddi mənəvi ziyanın ödənilməsi, əmlakdan istifadə də yaranan maneələrin aradan qaldırılması  və tikilinin sökülməsi» tələbi barədə iddia ərizəsi üzrə məhkəmə-tikinti texniki ekspertiziyası təyin edilmişdir. 

Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

  1. İddiaçı Quliyev Nazim Telman oğluna məxsus Abşeron rayonu, 2 nömrəli sovxozu ərazisində yerləşən 2.50 ha torpaq sahəsi (16.02.2018-ci il qeydiyyat tarixli, 1608001526 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş. 16.02.2008-ci il tarixli, 308011000860 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları), hal-hazırda Quliyev Nazim Telman oğlunun faktiki istifadəsində olan həmin torpaq sahəsinin koordinatları ilə uyğun gəlirmi? 
  2. İddiaçı Quliyev Nazim Telman oğlunun mülkiyyət hüququ ilə məxsus olan (16.02.2008-ci il qeydiyyat tarixli, 1608001526 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 16.02.2008-ci il tarixli, 308011000860 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu, 2 nömrəli sovxozu ərazisində yerləşən 2.50 ha torpaq sahəsinə giriş-çıxış yoluna cavabdeh «Omar Atçılıq Klubu» tərəfindən müdaxilə (zəbt) və ya maneə varmı, müdaxilə (zəbt) və ya maneə varsa, həmin hissədə hər hansı tikili mövcuddurmu, mövcuddursa hansı hissədə və nə qədər təşkil edir? 

       Ekspertiza aparılarkən iş üçün əhəmiyyətli olan, haqqında sual qoyulmayan halların müəyyən edilməsi və bu barədə mülahizələrini öz rəyinə daxil etmək vəzifəsi ekspertlərtin öhdəsinə buraxılsın .

      Ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin yer quruluşu üzrə mühəndisi cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsin.

Ekspert bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297 – ci maddəsi ilə məsuliyyət daşıması barədə xəbardar edilsin.

Ekspertizanın keçirilməsi ilə əlaqədar mülki iş və qərardadın bir surəti ekspertə, qərardadın surəti və iş materiallarında olan sənədlərin surəti Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunsun.

Mülki iş ekspertə təqdim olunduğu gündən ekspert rəyinin verilməsi üçün 1 ay müddət müəyyən edilsin.

Mövzu diqqətimizdədir.
Məhkəmənin gedişi haqqında əlavə məlumat veriləcək
Sofia Sofulu